İsraildə 191 nəfər koronavirusdan ölüb - Yoluxma sayı artır

İsraildə 191 nəfər koronavirusdan ölüb -    Yoluxma sayı artır
  23 Aprel 2020    Oxunub:2352
İsraildə sutka ərzində koronavirusa 94 yeni yoluxma qeydə alınıb. Bununla da virusa yoluxanların ümumi sayı 14 min 592 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bir gündə iki xəstə vəfat edib. Pandemiya qurbanlarının ümimi sayı 191 nəfərdir.

Ağır vəziyyətdə olan xəstələrin sayı 136, süni nəfəs aparatına qoşulanlar 107 nəfərdir.
İndiyə kimi 5334 xəstə koronavirusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti