Tramp əcnəbilərin ABŞ-a yolunu bağladı

   Tramp əcnəbilərin ABŞ-a yolunu bağladı
  23 Aprel 2020    Oxunub:2661
ABŞ Prezidenti Donald Tramp ölkəyə immiqrasiyanın müvəqqəti qadağan edilməsini nəzərdə tutan fərman imzalayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib. O, koronavirusun yayılmasının iqtisadiyyata mənfi təsiri ilə əlaqədar belə bir fərman imzaladığını bildirib.

“Amerikalı işçilərin maraqlarını qorumaq üçün ABŞ-a müvəqqəti olaraq mühacirəti dayandıran fərman imzaladım. Bu, iqtisadiyyatın bərpasından sonra ilk növbədə işsiz vətəndaşlarımızın işlə təmin olunmasına xidmət edəcək. Eyni zamanda, amerikalılar üçün səhiyyə resurslarını da qoruyacaq. Biz xəstələrimizə, işçilərimizə qayğı göstərməliyik, buna görə də bu addımı atdıq", deyə Tramp qeyd edib.

Daha əvvəl ABŞ lideri fərmanın 60 gün müddətinə imzalanacağını bildirmişdi, lakin vaxtın uzadılması istisna deyil.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti