Koronavirusdan ölənlərin sayı 185 minə çatır

   Koronavirusdan ölənlərin sayı 185 minə çatır
  23 Aprel 2020    Oxunub:2683
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 638 min 909 nəfərə çatıb.
Azvision.az Worldometers -ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 184 min 249 nəfərdir. İndiyədək 722 min 55 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   COVİD-19  





Xəbər lenti