Gürcüstan müxalifəti fövqəladə vəziyyətin ləğvini tələb edir

Gürcüstan müxalifəti fövqəladə vəziyyətin ləğvini tələb edir
  22 Aprel 2020    Oxunub:2582
Gürcüstan parlamenti hökumətin və Prezidentin ölkədə fövqəladə vəziyyət rejiminin mayın 22-dək uzadılması barədə qərarını təsdiqləyib. 97 deputat məsələnin lehinə, 10 deputat əleyhinə səs verib.
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, müxalifətdən olan bəzi deputatlar isə fövqəladə vəziyyətin ləğvini tələb ediblər. Digər müxalif deputatlar isə hökumətin böhran əleyhinə iqtisadi planı ilə tanış olmaq istədiklərini deyiblər.

Nazirlər Kabinetindən bildirilib ki, planın təqdimatı aprelin 24-də baş tutacaq.

Hökumət nümayəndələri ölkədə koronavirusun yayılmasının ən yüksək artım həddinin 2-3 həftə ərzində olacağını hesab edirlər. Eyni zamanda, ölkədə tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə ləğvi gözlənilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti