İranda koronavirusa yoluxanların sayı 86 minə çatır

 İranda koronavirusa yoluxanların sayı 86 minə çatır
  22 Aprel 2020    Oxunub:2220
İranda son sutka ərzində 1194 nəfər koronvirusa yoluxub.
Azvision.az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 85 min 996 nəfərə çatıb. Bu günədək 63 min 113 xəstə sağalıb. Koronavirus qurbanlarının sayı 94 nəfər artaraq 5391 nəfər olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti