Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 5-ə çatıb

Qonşu ölkədə koronavirusdan ölənlərin sayı 5-ə çatıb
  22 Aprel 2020    Oxunub:3197
Gürcüstanda koronavirusdan daha bir ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər veirr ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə ilə bağlı yaratdığı rəsmi saytda məlumat verilib. Bununla da ölkədə COVİD-19 səbəbi ilə ölənlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, ölkədə virusa yoluxanların ümumi sayı 411 nəfərdir. Bu günədək 97 xəstə sağalıb. Hazırda karantində 5015, stasionar nəzarətdə isə 573 nəfər saxlanılır.

Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti