700 minə yaxın insan koronavirusa qalib gəlib

 700 minə yaxın insan koronavirusa qalib gəlib
  22 Aprel 2020    Oxunub:3595
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2 milyon 558 min 962 nəfərə çatıb.
Azvision.az Worldometers-ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 177 min 704 nəfərdir. İndiyədək 695 min 873 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti