Qırğızıstanda 12 polis əməkdaşı koronavirusa yoluxub

Qırğızıstanda 12 polis əməkdaşı koronavirusa yoluxub
  22 Aprel 2020    Oxunub:2226
Qırğızıstanda hüquq-mühafizə orqanlarının 12 əməkdaşı koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Nurbolot Usenbaev açıqlama verib. Onun sözlərinə görə, polis əməkdaşları iş prosesində virusa yoluxublar.

Qeyd edək ki, Qırğızıstanda indiyədək 612 nəfər koronavirusa yoluxub. Onlardan 157-si tibb işçisidir. Xəstələrdən 254 nəfər sağalıb, 7 nəfər həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti