Bu ölkədə koronavirusun dərmanı istifadəyə verildi

   Bu ölkədə koronavirusun dərmanı istifadəyə verildi
  21 Aprel 2020    Oxunub:3641
Madaqaskar Prezidenti Andri Rajoelina bitkilərdən hazırlanan koronavirusa qarşı yerli dərman preparatını istifadəyə təqdim edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə rəhbəri dərmanın testdən keçirildiyini, iki nəfərin müalicə olunaraq sağaldığını deyib.

"Bu bitki çayı yeddi gün ərzində nəticə verir. Mən bu gün ilk dəfə sizin gözünüzün qarşısında dərmanı içəcəyəm və məhsulun insanı öldürmədiyini, əksinə sağaltdığını görəcəksiniz", - deyə Prezident əlavə edib.

"Covid-Organics" adlandırılan dərman malyariyanın müalicəsində ekkeftiv olan yovşan və digər bitkilərdən hazırlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti