Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılır

   Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılır
  21 Aprel 2020    Oxunub:2290
Gürcüstanda koronavirusun yayılmasına görə tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin müşaviri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, hökumət Prezidentə fövqəladə vəziyyətin mayın 22-dək uzadılması ilə bağlı rəsmi müraciət ünvanlayıb.

Xatırladaq ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi aprelin21-dək tətbiq edilmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti