ÜST Lukaşenkonu karantin rejimi tətbiq etməyə çağırdı

ÜST Lukaşenkonu karantin rejimi tətbiq etməyə çağırdı
  21 Aprel 2020    Oxunub:2149
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Belarusa koronavirusla mübarizə çərçivəsində daha sərt addımlar atmağı, karantin, yaxud komendant saatı tətbiq etməyi məsləhət görüb.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

ÜST-ün missiyası 8-10 aprel tarixlərində vəziyyəti qiymətləndirmək üçün Belarusda olub. Missiya ölkədə sosial məsafəni qorumağı, idman və digər böyük tədbirləri təxirə salmağı, orta və ali məktəblərdə onlayn tədrisə keçməyi tövsiyə edib.

Xatırladaq ki, Lukaşenko daha əvvəl ölkəsində koronavirusdan heç kimin ölməyəcəyini bəyan edib və sərt tədbirlər tətbiq etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST   Belarus  





Xəbər lenti