Rusiyada 100 jurnalist koronavirusa yoluxub - Ölən var

Rusiyada 100 jurnalist koronavirusa yoluxub -  Ölən var
  21 Aprel 2020    Oxunub:4818
Rusiyada 100-ə yaxın jurnalistdə koronavirusa yoluxma aşkarlanıb, onlardan biri ölüb.
Azvision.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə rabitə nazirinin müavini Aleksey Volin deyib. Onun sözlərinə görə, jurnalistlər risk qrupuna daxildirlər:

"Bu gün yüzə yaxın jurnalistdə koronavirus infeksiyası təsdiqlənib, 500-ə yaxını karantindədir və özünü təcrid edir. Bu yaxınlarda Moskvada jurnalistlərdən biri dünyasını dəyişib".

Nazir müavini xatırladıb ki, Prezident Vladimir Putinin qeyri-iş günləri ilə bağlı fərmanı mediaya şamil edilmir.

Xatırladaq ki, 31 martda Permdə "Delavoy interes" qəzetinin redaktoru Anastasiya Petrova koronavirusdan dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Jurnalist   Koronavirus  





Xəbər lenti