İspaniyada bir gündə 430 nəfər koronavirusdan ölüb

İspaniyada bir gündə 430 nəfər koronavirusdan ölüb
  21 Aprel 2020    Oxunub:2860
İspaniyada sutka ərzində koronavirusdan 430 nəfər ölüb. Bu, son iki gündə qeydə alınan göstəricilərdən çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İspaniyada koronavirus qurbanlarının ümumi sayı 21 min 282-yə çatıb.

Pandemiya başlayandan bəri 204 min 178 nəfərə koronavirus diaqnozu qoyulub. Ötən sutka ərzində 3968 yeni yoluxma qeydə alınıb, 85 mindən çox xəstə sağalıb.

Qeyd edək ki, İspaniya hazırda ölü sayına görə, ABŞ və İtaliyadan sonra üçüncü yerdədir. Bununla belə son vaxtlar virus qurbanlarının və yoluxanların sayında azalma müşahidə olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti