“Ruslar bizimlə işləməkdən imtina etdilər” - Lukaşenko

 “Ruslar bizimlə işləməkdən imtina etdilər” -  Lukaşenko
  21 Aprel 2020    Oxunub:3647
Belarus Prezidenti Aleksandr Lukaşenko məmurlara daxili bazar üçün lazımi səviyyədə qarabaşaq istehsal etməyi tapşırıb.
Azvision.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, Lukaşenko Rusiyanın bu məhsulu ölkəsinə satmaqdan imtina etdiyini vurğulayıb.

Məlumata görə, Lukaşenko bu gün Moqilev vilayətinə işgüzar səfər edib. O, vilayətin qubernatorundan əkin kampaniyasının necə getdiyini soruşub, qarabaşağın becərilməsinə xüsusi diqqət yetirilməsinə göstəriş verib.

"Görək, biz lazımi miqdarda qarabaşaq istehsal edə biləcəyik. Çünki ruslar sovet dövründə olduğu kimi bizimlə işləməkdən imtina etdilər. Onda biz oradan daha çox qarabaşaq alırdıq. Onlarda bizdən daha çox istehsal olunur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Belarus   Prezident  





Xəbər lenti