Almaniyada koronavirusa yoluxanların sayı 143 mini ötüb

   Almaniyada koronavirusa yoluxanların sayı 143 mini ötüb
  21 Aprel 2020    Oxunub:2129
Almaniyada son sutka ərzində 1785 nəfər koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 143 min 457-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb. Bildirilib ki, bir gündə 194 xəstə ölüb.

Koronavirusdan indiyədək Almaniyada 4598 nəfər dünyasını dəyişib. Xəstəlikdən sağalanların sayı isə 95,2 min nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti