Fransada 20 mindən çox insan koronavirusdan ölüb

Fransada 20 mindən çox insan koronavirusdan ölüb
  21 Aprel 2020    Oxunub:2582
Fransada son sutka ərzində 547 nəfər koronavirusdan dünyasını dəyişib, 2489 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə departamentinin rəhbəri Jerom Salomon bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı artaraq 20 min 265 nəfərə çatıb. İndiyədək 155 min 383 nəfərdə koronavirus aşkarlanıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti