Sarkisyanın qardaşı oğlunun həbs müddəti artırıldı

Sarkisyanın qardaşı oğlunun həbs müddəti artırıldı
  20 Aprel 2020    Oxunub:2237
İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbs müddətini daha iki ay uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının mətbuat mərkəzindən məlumat verilib.

Xatırladaq ki, N.Sarkisyan 21 dekabr 2019-cu ildə polisin müşayiəti ilə Çexiyadan Ermənistana gətirilib. O, silah-sursat, partlayıcı maddə və narkotik maddə saxlamaqda şübhəli bilinərək axtarışa verilmişdi. 2018-ci ilin dekabrında İnterpol onu saxta pasportla gizləndiyi Praqada saxlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Sarkisyan   Ermənistan  





Xəbər lenti