662 Türkiyə vətəndaşı Azərbaycandan təxliyə ediləcək

  20 Aprel 2020    Oxunub : 2983
662 Türkiyə vətəndaşı Azərbaycandan təxliyə ediləcək
Türkiyənin 662 vətəndaşı Azərbaycandan təxliyə ediləcək.

Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar Türkiyə 59 ölkədə olan 25 min vətəndaşını geri qaytaracaq. Bununla bağlı “Türk Hava Yolları” 195 uçuş həyata keçirəcək.
Almaniyadan 3269, Səudiyyə Ərəbistanından 2201, ABŞ-dan 1632, Böyük Britaniyadan 1559, Küveytdən 1463, Əlcəzairdən 1200, Ukraynadan 863, İraqdan 861, Fransadan 696, Azərbaycandan 662, Hollandiyadan 648, Kanadadan 543, Şimali Kiprdən 540, Birləşmiş Ərəb Əmirliklərindən 538, Polşadan 488, İspaniyadan 455, Rusiyadan 380, Şimali Makedoniyadan 394, Qırğızıstandan 352 və İsveçrədən 341 nəfər Türkiyəyə gətiriləcək.

Həmçinin, Belçika, Malta, Misir, İrlandiya, Moldova, Macarıstan, Rumıniya, Çexiya, Kosova, Albaniya, Bəhreyn, Serbiya, İtaliya, İsveç, İordaniya, Oman, İran, Sudan, Avstriya, Slovakiya, Mərakeş, Tailand, Çernoqoriya, Danimarka, Qana, Seneqal, Benin, Qatar, Efiopiya, Somali, Mavritaniya, Niger, Keniya, Banqladeş, Pakistan, Malayziya, Sinqapur, Hindistan, Bosniya və Herseqovinada olan türk vətəndaşları da təxliyə ediləcəklər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə