Bu ölkədə koronavirusun dərmanı satışa çıxarılır

Bu ölkədə koronavirusun dərmanı satışa çıxarılır
  20 Aprel 2020    Oxunub:4259
Madaqaskar yeni növ koronavirusun müalicəsi üçün dərman hazırlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Madaqaskar Prezidenti Endryu Racoelina televiziya ilə xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, dərmanın bu gün təqdimatı keçiriləcək: "Madaqaskar Tətbiqi Araşdırma İnstitutu tərəfindən hazırlanan və "Covid Organics" adlı dərmanın kliniki sınaqları başa çatıb. Dərmanın hazırlanmasında artemisia başda olmaqla ölkədəki digər şəfalı bitkilərdən istifadə olunub".

E.Racoelina, həmçinin qeyd edib ki, dərman bu gündən etibarən satışa çıxarılacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Covid-19   Dərman  





Xəbər lenti