Koronavirus qurbanlarının sayı 165 mini ötdü

   Koronavirus qurbanlarının sayı 165 mini ötdü
  20 Aprel 2020    Oxunub:2671
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2 milyon 407 min 439 nəfərə çatıb.
Azvision.az Worldometers -ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 165 min 73 nəfərdir. İndiyədək 625 min 202 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Koronavirus   Covid-19  





Xəbər lenti