ABŞ-da COVID-19-a yoluxma sayı 760 minə yaxınlaşır

 ABŞ-da COVID-19-a yoluxma sayı 760 minə yaxınlaşır
  20 Aprel 2020    Oxunub:2410
ABŞ-da son sutka ərzində 1997 nəfər koronavirusdan dünyasını dəyişib, 26 min 889 nəfərdə isə infeksiya aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, Amerikada yeni növ koronavirusdan ölənlərin sayı 40,6 mini ötüb. Koronavirus daşıyıcısı olanların sayı 759 minə çatıb, 70 minə yaxın insan müalicə alaraq sağalıb.

Azvision.az


Teqlər: ABŞ   Virus  





Xəbər lenti