Nyu-Yorkda onlayn formada evlənməyə icazə verildi

Nyu-Yorkda onlayn formada evlənməyə icazə verildi
  20 Aprel 2020    Oxunub:2947
ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo karantin müddətində toy mərasimlərinin onlayn formada keçirilməsinə icazə verib.
Azvision.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Bildirilir ki, cütlüklər evlənmək üçün internet üzərindən müraciət edə bilərlər. Dövlət xidmətləri elektron ərizə əsasında nikah mərasimlərini onlayn formada keçirəcəklər.

Azvision.az



Teqlər: Nikah   Toy  





Xəbər lenti