Türkiyədə koronavirusdan ölənlərin sayı 2 mini keçdi

   Türkiyədə koronavirusdan ölənlərin sayı 2 mini keçdi
  20 Aprel 2020    Oxunub:3782
Türkiyədə son sutka ərzində 127 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 3977 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 2017, yoluxanlar isə 86306 nəfərə çatıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti