Britaniyada koronavirusdan ölənlərin sayı 16 mini keçib

Britaniyada koronavirusdan ölənlərin sayı 16 mini keçib
  19 Aprel 2020    Oxunub:2834
Böyük Britaniyada son sutka ərzində 596 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla Britaniyada pandemiya qurbanlarının sayı 16 min 60 nəfərə çatıb.

Bir gündə 5850 yeni yoluxma qeydə alınıb. Ümumi yoluxma sayı 120 min 67 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti