İsveçrədə COVID-19-a yoluxanların sayı 28 minə çatır

İsveçrədə COVID-19-a yoluxanların sayı 28 minə çatır
  19 Aprel 2020    Oxunub:2301
İsveçrədə sutka ərzində 336 nəfər koronavirusa yoluxub, 24 sakin vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə ofisi məlumat yayıb.

Bildirilib ki, İsveçrədə virusa yoluxanların ümumi sayı 27740 minə çatıb. Bu günə kimi ölkədə koronavirusdan 1135 nəfər ölüb.

Qeyd edək ki, İsveçrə aprelin 27-dən etibarən koronavirusla bağlı tətbiq etdiyi məhdudiyətləri aradan qaldırmağa hazırlaşır. Epidemiya başlayandan bəri dünyada 2,3 milyondan çox insan koronavirusa yoluxub, ölənlərin sayı isə 161 min nəfərdən artıqdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsveçrə   Koronavirus  





Xəbər lenti