Dünyada 600 mindən çox insan koronavirusdan sağalıb

Dünyada 600 mindən çox insan koronavirusdan sağalıb
  19 Aprel 2020    Oxunub:3812
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2 milyon 344 min 983 nəfərə çatıb.
Azvision.az Worldometers-ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 161 min 191 nəfərdir. İndiyədək 604 min 434 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti