ABŞ-da koronavirusa yoluxanların sayı 735 mini ötüb

   ABŞ-da koronavirusa yoluxanların sayı 735 mini ötüb
  19 Aprel 2020    Oxunub:2839
ABŞ-da son sutka ərzində 34 min koronavirusa yoluxma halı qeydə alınıb. Ölkədə ümumi yoluxma sayı 735 036 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Univetsiteti məlumat yayıb.

Bildirilir ki, bir gündə 1800 xəstə koronavirusdan dünyasını dəyişib. Bununla da pandemiya qurbanlarının sayı 38 min 910-a yüksəlib.

Qeyd edək ki, ABŞ-da bir gün əvvəl ölənlərin sayı 3857, yoluxma sayı isə 31 905 olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti