Çində son sutkada koronavirusdan ölən olmayıb

Çində son sutkada koronavirusdan ölən olmayıb
  19 Aprel 2020    Oxunub:2778
Çində son sutka ərzində koronavirusa 16 yoluxma qeydə alınıb, 33 nəfər sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, son bir gündə koronavirusdan ölüm halı baş verməyib. 16 yoluxma faktının 9-u ölkəyə idxal olunub, qalan 7-si isə əyalətlərdə qeydə alınıb.

Dövlət Komitəsinin məlumatına görə, indiyədək Çində ümumilikdə 31 əyalət üzrə 82 min 735 yoluxma halı təsdiqlənib. Hazırda 1041 koronavirus xəstəsi var, onların 85 nəfəri ağır vəziyyətdədir. 77062 nəfəri xəstəxanadan çıxıb, 4632 xəstə isə dünyasını dəyişib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti