Almaniyada COVID-19-a yoluxma sayı 140 minə çatır

Almaniyada COVID-19-a yoluxma sayı 140 minə çatır
  19 Aprel 2020    Oxunub:2858
Almaniyada sutka ərzində 2458 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Koxa institutu məlumat yayıb.

Bildirilir ki, ölkədə ümumi yoluxma sayı 139 897 nəfərə çatıb. Sutka ərzində 184 xəstə ölüb. Koronavirusdan ölənlərin ümumi sayı 4294 nəfərdir.

İnstitutun açıqlamasında qeyd edilib ki, indiyədək 88 minə yaxın insan virusdan sağalıb, sutka ərzində sağalan xəstələrin sayı isə 2700 nəfər olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus   Covid-19  





Xəbər lenti