Türkiyədə kuryer 79 yaşlı qadını qətlə yetirib
Meral Ahmetoğlu adlı qadın koronavirus səbəbi ilə çölə çıxa bilmədiyi üçün marketdən ərzaq sifariş verib. Sifarişi gətirən kuryer ondan ötən alış -verişdən qalan 8 lirəni istəyib. Qadının pulu vermədiyini görən kuryer onu ayaqqabı bağı ilə boğub və sonra onun mobil telefonunu oğurlayaraq mənzildən qaçıb.
Polis kamera vasitəsi ilə cinayətkarı müəyyən edərək saxlayıb.
Şahanə Rəhimli
Azvision.az