Bu ölkədə yoluxma sayı daha da artacaq - Koronavirus xəbərdarlığı

Bu ölkədə yoluxma sayı daha da artacaq -  Koronavirus xəbərdarlığı
  16 Aprel 2020    Oxunub:2765
Belçikada son 24 saat ərzində 1236 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Belçika Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 34 min 809 nəfərdir. Pandemiya qurbanlarının sayı 417 nəfər artaraq 4865-ə çatıb.

Həkimlər yaxın günlərdə ölkədə koronavirusa yoluxma sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Belçika hakimiyyəti mayın 3-dək sosial təcrid tədbirlərini gücləndirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belçika  





Xəbər lenti