Məşhur müğənni pulsuzluqdan şikayətləndi

Məşhur müğənni pulsuzluqdan şikayətləndi
  16 Aprel 2020    Oxunub:2348
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç koronaviruslu günlərdə pulsuz qalmasından gileylənib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bankdan 5 milyon lirə kredit götürdüyünü, maddi problemləri ilə bağlı ödənişləri iyun ayına qədər təxirə saldığını deyib.

"Əks təqdirdə hissə-hissə də ödəmə edə bilməyəcəkdim. Ayda 120 min lirə evin yalnız kreditini ödəyirəm. Əvvəlki kimi kirayə gəlirlərim yoxdur. Bir lirə belə yığıb saxlamamışam. Müəllif hüquqlarından gəlirim olanda, onunla dolanıram",- deyə Sərdar Ortaç bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   müğənni  





Xəbər lenti