İtaliyada 120 həkim koronavirusdan ölüb

 İtaliyada 120 həkim koronavirusdan ölüb
  15 Aprel 2020    Oxunub:3494
İtaliyada yeni növ koronavirusdan ölən həkimlərin sayı 120 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, sonuncu ölüm hadisəsi bu gün qeydə alınıb. Terapevt Elizabetta Mancarini səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, İtaliyada virusa yoluxanların 10 faizini tibb işçiləri təşkil edir. Aprelin əvvəlinə olan məlumata görə, 10 min tibb işçisi virusa yoluxub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Həkim   Koronavirus  





Xəbər lenti