Sarrac Haftarla danışıqlardan imtina etdi

Sarrac Haftarla danışıqlardan imtina etdi
  15 Aprel 2020    Oxunub:2016
Liviya Milli Razılıq hökumətinin başçısı Fayez Sarrac Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarla danışıqlar aparmayacağını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Sarrac İtaliya mətbuatına müsahibəsində deyib.

"Bütün liviyalılara qarşı etdiyi pisliklərdən və cinayətlərdən sonra Haftarla bir masa arxasında əyləşməyəcəm. Hər zaman fikir ayrılıqlarımızı siyasi proseslər yolu ilə həll etməyə çalışırdıq. Ancaq hər bir razılaşma Haftar tərəfindən dərhal rədd edildi. Liviya bir və ya bir neçə insana tabe edilə bilməz", - Sarrac deyib.

Onun sözlərinə görə, Haftar koronavirus pandemiyasından istifadə edərək Liviyanın qərb bölgələrinə hücum etmək istəyir:

"Biz atəşkəs qəbul etdik, lakin sayıqlığımızı azaltmadıq. Bu dəfə koronavirus epidemiyası təhlükəsinə görə Haftarın sözünü tutacağını gözlədik. Amma o, pandemiyanı bizə hücum etmək üçün bir fürsət bildi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya   Haftar   Sarrac  





Xəbər lenti