ABŞ-da mer azərbaycanlıları mükafatlandırdı
Qeyd edək ki, artıq bir neçə ildir ki, ABŞ-ın Florida ştatının Aventura şəhərində "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi keçirilir. Bu il müsabiqənin seçim mərhələsi baş tutsa da, COVİD-19 qlobal pandemiyası ilə əlaqədar aprelin 13-nə təyin olunmuş Qala konsert və təntənəli mükafatlandırma mərasimi ləğv edilib.
Sözügedən layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və tərəfdaşlığı, eləcə də bəstəkarın qızı, Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) yanında "Təhsil və mədəniyyət komitəsi"nin sədri Pərvin Muradovanın təşkilatçılığı, AAMA-nın prezidenti Töhfə Eminova, pianoçu Key Lenq və Çin pianoçusu, Nyu-York musiqi festivalının münsiflər heyətinin üzvü Vivian Liinin köməyilə həyata keçirilirdi.
Müsabiqənin məqsədi dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması və Azərbaycanın zəngin musiqi mədəniyyətinə diqqətin cəlb edilməsidir.
Azvision.az
Teqlər: ABŞ Azərbaycan