"Narahat olmayın, heç kim ölməyəcək" - Lukaşenko vəd verdi

   "Narahat olmayın, heç kim ölməyəcək" -    Lukaşenko vəd verdi
  13 Aprel 2020    Oxunub:4010
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə heç kimin koronavirusdan ölməyəcəyini vəd edib.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Narahat olmayın. Ölkəmizdə koronavirusdan heç kim ölməyəcək. Bunu açıq şəkildə bəyan edirəm. Bu, mənim yalnız ötən illərin təhlilinə əsaslanaraq gəldiyim qəti əminlik deyil. Bizim bu il də əldə etdiyimiz təcrübə var", - deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus virusla mübarizə sahəsində beynəlxalq təcrübədən çıxış edir. Lukaşenko, həmçinin yerli həkimlərin COVID-19-un müalicəsi üçün dərmanların kombinasiyasını həyata keçirdiklərini vurğulayıb.

Prezident əlavə edib ki, koronavirus indiyədək ölümə səbəb olmayıb, son günlər baş verən ölümləri xroniki xəstəliklərlə bağlıdır.

Bundan əlavə, Lukaşenko insanların ehtiyat tədbirlərinə riayət etdiklərini söyləyib: "Afərin sizə. Heç nəyi qadağan etmirik, amma həyat öz əlinizdədir. İnsan getmək istəmədiyi yerə getmir. Heç nəyi qadağan etmirik, heç bir karantin yoxdur. İndi küçədə boş gəzən insanlar yoxdur. Yəni insanlar reaksiya verdilər, bunu başa düşürlər və onları mənzillərdə saxlamaq, orada kilidləmək lazım deyil".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lukaşenko   Belarus  





Xəbər lenti