Hindistan 21 milyon maska sifariş verib

Hindistan 21 milyon maska sifariş verib
  13 Aprel 2020    Oxunub:2058
Hindistanda COVID-19 virusuna yoluxanların sayı 9125 nəfərdir.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, virusa yoluxanlardan indiyədək 308 nəfər dünyasını dəyişib, 857-i sağalıb.

Martın 25-dən etibarən ölkədə ciddi karantin rejimi tətbiq olunub, sərhədlər bağlanıb.

Səfir Vanlalvavna Bavitlunq Hindistan hökumətinin 17 milyon fərdi qoruma vasitəsi, 21 milyon maska, 49 min də ağciyəri havalandırma cihazı sifariş verdiyini, ölkə boyu virusu aşkarlamaq üçün 223 laboratoriya açıldığını, təcili testlərin tətbiq olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, Hindistanın Baş naziri yoxsullar və fermerlər üçün 22 milyard dollarlıq sosial yardım proqramını, səhiyyə üçün də 2 milyard dollarlıq sığorta planını təsdiq edib.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti