Arvadından bezən kişi qəsdən karantin rejimini pozdu

Arvadından bezən kişi qəsdən karantin rejimini pozdu
  13 Aprel 2020    Oxunub:2682
İtaliyada karantin rejimi qaydalarını pozaraq velosipedlə küçəyə çıxan şəxs saxlanılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Florensiya polisi ondan karantin rejimini niyə pozduğunu soruşanda, kişi evdə həyat yoldaşı və qızları ilə qalmaqdan bezdiyini bildirib.

Həmin şəxs evdə xanımı və qızları ilə qalmaqdansa, cərimə ödəməyi üstün tutduğunu vurğulayıb. Polis onu cərimələyərək evə göndərib.

Xatırladaq ki, son bir aylıq karantin müddətində İtaliyanın hüquq-mühafizə orqanları 6,7 milyondan çox insanı yoxlayıb. 250 mindən çox şəxsin qaydaları pozduğu bəlli olub. Onlara 400-dən 3 min avro arasında cərimələr tətbiq olunub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti