Koronavirus ABŞ və Çinin ortaq layihəsidir? - Sensasion iddia

Koronavirus ABŞ və Çinin ortaq layihəsidir? -  Sensasion iddia
  12 Aprel 2020    Oxunub:9073
Amerikanın Milli Sağlamlıq İnstitutu Çinin Uhan şəhərində yerləşən və bioloji sınaqların həyata keçirildiyi laboratoriyaya 3.7 milyon dollar ianə edib.

Azvision.az xəbər verir ki, belə bir iddia ilə İngiltərənin "Daily Mail" nəşri çıxış edib.


Nəşr iddia edir ki, ABŞ tərəfindən edilən ianələrlə Uhan Virusologiya İnstitutu laboratoriya şəraitində yarasalar üzərində təcrübələr aparıb. İddiadakı digər bir maraqlı detal isə virusun gen düzülüşünün Uhandan 1600 kilometr məsafədə yerləşən Yunnan mağaralarında yaşayan yarasalarla oxşarlıq təşkil etməsidir.



Çin hökuməti iddiaları qəbul etməsə də, yeni məlumatlar virusun laboratoriya şəraitində hazırlandığının doğruluq payını artırır. Təsdiqlənməmiş digər bir iddiaya əsasən, İnstitutdakı alimlər viruslu qanı səhvən havaya püskürdüb və daha sonra COVİD-19 yerli əhaliyə yoluxub. Beləliklə, virus geniş yayılaraq pandemiyaya çevrilib.



Təsdiq olunan isə odur ki, COVİD-19 viruslara qarşı güclü immuniteti olan yarasalardan insanlara yoluxub. Belə ki, yarasaların güclü immunitetinə müqavimət göstərən virus sürətli şəkildə özünü çoxalda bilib və mutasiya olunub. Beləliklə, yarasalarda güc toplayan COVİD-19 zəif immunitetli insanları öldürə bilən təhlükəli xəstəliyə çevrilib.



COVİD-19-un ən təhlükəli tərəfi isə SARS-dan fərqli olaraq gizli inkubasiya dövrü keçirməsidir. Çünki SARS virusunda xəstəlik özünü dərhal büruzə verirdi və həkimlər onu erkən təsbit edə bilirdi. Bu səbəbdən SARS pandemiyaya çevrilə bilmədi. COVİD-19 isə ilk vaxtlarda əlamətlərini gizlədə bilir.



Yəni bir çox insan COVİD-19-a yoluxduğunu bilmədən günlərlə başqalarını da virusa yoluxdura bilər.

Kənan Məmmədov
Azvision.az


Teqlər: COVİD-19   Koronavirus   ABŞ   Çin  





Xəbər lenti