Tanınmış futbol nəzəriyyəçisi vəfat edib

Tanınmış futbol nəzəriyyəçisi vəfat edib
  12 Aprel 2020    Oxunub:3068
Rusiya Futbol İttifaqı (RFİ) prezidentinin keçmiş müşaviri, məşhur futbol nəzəriyyəçisi Mark Qodik vəfat edib.
Azvision.az -ın məlumatına görə, bu barədə RFİ-nin mətbuat xidməti məlumat yayıb.

81 yaşlı nəzəriyyəçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Mark Qodik 1996-cı ildən 1998-ci ilə qədər ölkənin əsas futbol təşkilatının elmi-metodiki şöbəsində çalışıb. 2003-2009-cu illərdə RFİ-nin idman departamentinin direktor müavini işləyib. Pedaqoji elmlər doktoru, professor Mark Qodik idman sahəsində bir sıra nəzəriyyə və metodologiyaya dair kitabların müəllifidir. Sovet dövründə o, milli komandalar yanında kompleks elmi qruplara rəhbərlik edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Futbol  





Xəbər lenti