Dünyadan təcrid olunmuş qəbilədə koronavirus aşkarlandı

 Dünyadan təcrid olunmuş qəbilədə koronavirus aşkarlandı
  10 Aprel 2020    Oxunub:2983
Çində başlayan koronavirus xəstəliyi Brazilyanın Amazon bölgəsinədə də yayılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Amazon meşələrində dünyadan təcrid olunmuş halda yaşayan Yanomami qəbiləsində 15 yaşlı bir oğlan koronavirusa yoluxub.

Yeniyetmə Roraima əyalətinin paytaxtı Boa Vistada xəstəxanaya yerləşdirilib. Brazilyanın Səhiyyə naziri Luiz Henrike Mandetta bildirib ki, Yanomami qəbiləsi arasında virusun aşkarlanması narahatlıq doğurur və onlara daha diqqətli davranmaq lazımdır.

Nazir, həmçinin virusun yayılmasına qarşı müdafiəsiz olan yerli xalqlar üçün hökumətin səhra xəstəxanası quracağını açıqlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya  





Xəbər lenti