Koronavirusdan ölənlərin sayı 96 minə çatır

   Koronavirusdan ölənlərin sayı 96 minə çatır
  10 Aprel 2020    Oxunub:2244
Dünyada koronavirus qurbanlarının sayı artmaqda davam edir.

Azvision.az “Worldometers”ə istinadən xəbər verir ki, koronavirusdan dünyasını dəyişənlərin sayı 95 736 nəfərə çatıb. Belə ki, ən çox ölüm hadisəsi İtaliya (18 279), İspaniya (15 447), ABŞ (16 697) və Fransada (12 210) qeydə alınıb.
Dünyada indiyədək aşkarlanmış yoluxma hallarının sayı 1 604 736-ya çatıb, 356 671 nəfər xəstəlikdən sağalıb. Hazırda 49 min 128 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti