İtaliyada COVID-19 qurbanlarının sayı 18 mini keçdi

  İtaliyada COVID-19 qurbanlarının sayı 18 mini keçdi
  10 Aprel 2020    Oxunub:3602
İtaliyada son sutka ərzində 610 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə COVİD-19 qurbanlarının sayı 18 min 279 nəfərə çatıb.

İtaliyada, həmçinin koronavirusa yoluxanların sayı 4204 nəfər artaraq 143 min 626 olub.

Qeyd edək ki, İtaliya dünyada virusun ən çox yayıldığı ölkələrdən biridir.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti