83 yaşlı qadın koronavirusdan sağaldı, iki övladı öldü

  08 Aprel 2020    Oxunub : 1383
83 yaşlı qadın koronavirusdan sağaldı, iki övladı öldü
Türkiyədə 83 yaşında koronavirusa qalib gələn qadın iki övladını bu xəstəlikdən itirib.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, İstanbul sakini Ayşe Polat 20 günlük müalicədən sonra evə buraxılıb. O, karantin müddətində Antalyada qızının yanında qalacaq.

Ayşe Polatın 61 yaşlı oğlu Kamal Polat və 57 yaşlı oğlu İbrahim Polat koronavirusdan dünyasını dəyişib. Xəstəxanadan yenicə çıxan qadın övladlarının ölümündən xəbərsizdir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə