Bu ölkədə virus yayanlar ömürlük həbs olunacaq

  08 Aprel 2020    Oxunub : 1356
Bu ölkədə virus yayanlar ömürlük həbs olunacaq
Avstraliyada koronavirusu qəsdən yayan şəxslərə ömürlük həbs cəzası veriləcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə naziri Qreq Hant bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Səhiyyə işçilərinə son zamanlar hücumların artdığına diqqət çəkən nazir bildirib ki, onlara qəsdən virus yayanlar ömürlük həbs ediləcək.

Q. Hantın sözlərinə görə, dövlət səhiyyə işçilərini qorumaq məqsədilə 11 milyon ədəd maska ayırıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Avstraliya