İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib
  08 Aprel 2020    Oxunub:1978
İranda daha 121 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirus qurbanlarının sayı 4003 nəfərə çatıb. Ölkə üzrə virusa yoluxma sayı son sutka ərzində 1997 nəfər artaraq 67 min 286 olub. Xəstələrdən 29 min 812 nəfər sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti