“Twitter”in rəhbəri koronavirusla mübarizəyə bir milyard ayırdı

“Twitter”in rəhbəri koronavirusla mübarizəyə bir milyard ayırdı
  08 Aprel 2020    Oxunub:1969
"Twitter" mikrobloqunun yaradıcısı Cek Dorsi koronavirusla mübarizəyə 1 milyard dollar ayırıb.
Azvision.az "RİA Novosti"yə istindən xəbər verir ki, bu barədə Cek Dorsi özünün "Twitter" hesabında məlumat yayıb.

O bildirib ki, sərvətinin təxminən 28% -ni koronavirusla mübarizə məqsədilə "Start small" fonduna köçürəcək. Bundan əlavə, COVİD-19 pandemiyası bitdikdən sonra diqqəti təhsilə yönəldəcək.

Cek Dorsi fonda köçürdüyü məbləği cədvəl formasında təqdim edib. Onun ianəsinin 997 milyon 818 min 354 dollar olduğu bildirilib.

"İşimi göstərmək vacibdir ki, mən və digərləri bundan öyrənə bilək" ,- deyə Dorsi əlavə edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti