ABŞ-da bir gündə 1736 nəfər koronavirusdan ölüb

ABŞ-da bir gündə 1736 nəfər koronavirusdan ölüb
  08 Aprel 2020    Oxunub:2615
ABŞ-da son 24 saat ərzində 1736 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus qurbanlarının ümumi sayı 12 min 700 nəfərə çatıb. Yoluxanların ümumi sayı isə 398 min nəfər olub. Onlardan 22 min xəstə sağalıb.

Şahanə Rəhimli

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti