Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər

Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər
  08 Aprel 2020    Oxunub:2801
Formula 1 təşkilatçıları maddi itkini minimuma endirmək üçün təqvimdəki yarış sayını artırmaq niyyətindədir.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu niderlandlı jurnalist Ulav Mol deyib.

O, bildirib ki, hazırda Formula 1 təşkilatçıları ilkin versiya ilə heç bir əlaqəsi olmayan yeni təqvim hazırlayır və maksimum sayda yarış keçirməyi planlaşdırır.

Yeni təqvimdə 17 yarışın baş tutacağı göstərilib. Avstraliya, Monako, Vyetnam, Kanada və Sinqapur Qran-prilərinin adlarına rast gəlinməyib. Azərbaycan Qran-Prisi isə oktyabrın 9-11-nə salınıb.

Azvision.az



Teqlər: Formula-1   Qran-Pri  





Xəbər lenti