Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötdü

  07 Aprel 2020    Oxunub : 2319
 Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötdü
Fransada koronavirus qurbanlarının sayı on min nəfəri keçib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon bildirib. Onun sözlərinə görə, son sutka ərzində 607 ölüm faktı qeydə alınıb. Bununla da Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 min 328 nəfərə çatıb.

Qeyd edilib ki, hazırda 30 minə yaxın insan xəstəxanada müalicə alır.

Azvision.az

Teqlər: Fransa   Koronavirus   Pandemiya